Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi Dövlət Mühafizə Xidmətinin Yaradılmasının 21- illiyi ilə bağlı Şəmkir rayonunda tədbir keçirilmişdir

23 avqust 2014 | 15:00

Tədbir rayon içtimayətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Şəmkir rayon regional idarəsinin əməkdaşları ilə birlikdə Şəmkir şəhər mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidə kompleksinə əklil qoyma ilə başlamış, tədbir Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin Şəmkir rayon  regional idarəsinin binasında davam etdirilmişdir.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Qüdrət Əliyev və Xüsusi  Dövlət  Mühafizə  Xidmətinin Şəmkir rayon regional idarəsinin rəisi  Ağabala  Hüseynov çıxış edərək Xüsusi Dövlət Mühafizə Xidmətinin yarandığı  dövürdən bu günədək keçdiyi yoldan bəhs etmişlər. Tədbirin sonunda Xüsusi Dövlət Mühafizə Xidmətinin  Şəmkir rayon regional idarəsinin bəzi fəal əməkdaşları Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif edilmişlər.

 

Keçidlər