Şriftin ölçüsü :

Saytın rəngi :

"Gözəlləşən Şəmkirdə bizim də payımız olsun"

22 sentyabr 2018 | 16:00

Şəmkirli iş adamları, sahibkarlar, xüsusilə də xaricdə iri, orta və xırda sahibkarlıqla məşğul olan şəmkirlilər hər zaman örnək addımları ilə ictimaiyyətin rəğbətini qazanıblar.

Bu sahədə onlar müxtəlif səpkili xoş əməllərlə yadda qalırlar.

Kimi xeyriyyəçiliyi ilə aztəminatlı ailələrə sevinc dolu anlar yaşatmaqla, insanların həyatında önəmli izlər buraxcaq xoş niyyətli əməllərlə, kimi isə rayonun gözəlliyində pay sahibi olmaqla...

Belə iş adamlarımızdan biri də rayonun Keçili kənd sakini Abbasov Zəkulla Əyyub oğludur.

Zəkulla Abbasov doğma Şəmkirimizdə yeni bir dəst-xəttin təməlini qoydu desək yanılmarıq.

Belə ki, Ukraynada və Rusiyada sahibkarlıqla məşğul olan iş adamı Şəmkir şəhər İnizibati Ərazi dairəsi üzrə nümayəndəliyə şəhərdə avtomobil yollarının xətlənməsi, mütamadi olaraq piyadaların təhlükəsizliyi üçün piyada zolaqlarının rənglənməsi üçün xətçəkən maşın hədiyyə edib.

Sahibkarımız məqsədini belə açıqlayır: “Cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bu istiqamətdə Şəmkirdə də yerli iş adamlarına qucaq açılır, onlara hər cür köməklik göstərilir. Rayonumuz isə günü-gündən gözəlləşir. Biz də bu gözəllikdə payımız olsun istəyirik. Bu avadanlıq bütün Şəmkir sakinləri üçündür. Hər birimizə xeyirli, uğurlu olsun deyirəm”.

Keçidlər